Azərbaycan-Bolqarıstan sənədləri imzalanmışdır

14 noyabr 2011, 17:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olmuşdur.

“Azərbaycan Dövlət İqtisad Universiteti və Sofiya Milli və Dünya Təsərrüfatı Universiteti arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Dövlət İqtisad Universitetin rektoru Şəmsəddin Hacıyev və Bolqarıstan Prezidentinin təhsil, elm və iqtisadi inkişaf məsələləri üzrə müşaviri, Sofiya Milli və Dünya Təsərrüfatı Universitetinin rektoru Borislav Borisov imzaladılar.

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Bolqarıstan Respublikası xarici işlər naziri yanında Diplomatik İnstitutu arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın xarici işlər nazirinin müavini Hafiz Paşayev və Bolqarıstanın xarici işlər nazirinin müavini Konstantin Dimitrov imzaladılar.

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstan Respublikasının Əmək və Əhalinin Sosial Siyasəti Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və Bolqarıstanın əmək və sosial siyasət naziri Totyu Mladenov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında Saziş”i Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov və Bolqarıstanın informasiya təhlükəsizliyi üzrə dövlət komissiyasının sədri xanım Tsveta Markova imzaladılar.

SƏNƏDLƏRFərmanlar19 iyul 2018
13:05
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1185-VQD nömrəli Qanununun tətbiqi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun mal...

19 iyul 2018, 13:05
SƏNƏDLƏRQanunlar19 iyul 2018
12:40
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Cinayət yolu ilə əldə edilmiş ...

19 iyul 2018, 12:40